Hindistan ikinci “Arihant” nüvə sualtı qayığını silahlanmaya qəbul edib

29 Avqust 2024 22:53

Hindistan Hərbi Dəniz Qüvvələri ölkə istehsalı olan ikinci "Arihant" nüvə sualtı qayığını silahlanmaya qəbul edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Sualtı qayığın Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimi ölkənin müdafiə naziri Racnath Sinqhin iştirakı ilə Vişakhapatnam limanında keçirilib.

"Arihant" Hindistanın nüvə triadasını daha da gücləndirəcək, regionda strateji tarazlığın və sülhün bərqərar olmasına kömək edəcək, habelə ölkənin təhlükəsizliyində mühüm rol oynayacaq", - müdafiə naziri mərasimdə bildirib.

İlk "Arihant" sualtı qayığı 2016-cı ildə istismara verilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun