Pep Qvardiola "Mançester Siti"nin işçilərinə pul mükafatı verib

29 Avqust 2024 19:37

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola komandada çalışanlara pul mükafatı verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı klubda işləyən aşpazlara, həkimlərə, mühafizəçilərə və təchizatçıların hər birinə 10 min funt sterlinq ödəyib.

Qeyd edək ki, 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edən Qvardiola ötən mövsüm İngiltərə Premyer Liqasında çempionluq sevinci yaşayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun