Durovun pasportları əlindən alındı

29 Avqust 2024 18:26

Paris məhkəməsi Teleqramın təsisçisi Pavel Durovun bütün pasportlarını götürüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı Paris və Nitsanın vəkillər kollegiyasının üzvü İrina Sidorova açıqlayıb.

"Durovun üzərində olan bütün pasportlar istintaq fəaliyyətləri dövrü üçün götürülüb. Bu isə o deməkdir ki, sahibkar hava, dəniz və yaxud quru yolu ilə Fransanı tərk edə bilməz", - deyə Sidorova qeyd edib.,

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun