Nazarbayevin qohumu 12 il müddətinə həbs edildi

29 Avqust 2024 16:22

Almatı İxtisaslaşdırılmış Cinayət Məhkəməsi Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş həyat yoldaşı Gülmira Satıbaldıya hökm oxuyub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

O, əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.

Gülmira Satıbaldı özbaşınalıq, hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq azadlıqdan məhrumetmədə təqsirli bilinib. Bu cinayət işində adı hallanan Madi Batırşayev isə 9 il müddətinə həbs edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun