Mirzoyan səfirlərlə Azərbaycanla sərhədə getdi - FOTO

29 Avqust 2024 16:16

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin xarici ölkələrdə fəaliyyət göstərən səfirləri ilə Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə səfər edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.

Səfər zamanı erməni diplomatlar iki ölkə arasında sərhədin delimitasiyası prosesinin nəticələri ilə tanış olublar.

Qeyd edək ki, avqustun 26-28-də Dilicanda Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkə Prezidenti Vaaqn Xaçaturyan, eləcə də digər rəsmi şəxslər və xarici ölkələrdə akkreditə olunmuş erməni səfirlərlə qapalı iclas keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun