Rejissoru vurub qaçan 3 nəfər tutuldu - YENİLƏNİB - FOTO

30 Avqust 2024 11:02

11:02

Paytaxtın Nəsimi rayonunda rejissor Elvin Adgözəlovu velosipedlə vurub qaçan şəxslər saxlanılıb.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avqustun 25-i axşam saatlarında E.Adgözəlova qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar.

Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində rejissorun qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adgözəlov hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırmalı olub.

-----------
15:03

Azərbaycanlı rejissor, Avropa Kino Akademiyasının üzvü Elvin Adıgözəli Bakının mərkəzində 3 velosiped vurub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda rejissor özü məlumat yayıb. O bildirib ki, hadisə avqustun 25-də axşam saatlarında Ü.Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında olarkən baş verib.

Hadisə nəticəsində Elvinin qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adıgözəli "1news.az"a açıqlama verərək, hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırdığını vurğulayıb.

Xəstəxanada olarkən aktyor polisə zəng edərək ifadə verib. Onun sözlərinə görə, hazırda Nəsimi rayonu 22-ci polis bölməsi tərəfindən cinayət işi açılıb, lakin hadisəni törədənlər hələ də müəyyən edilməyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun