Çimərliklərində dəniz suyunun temperaturu necə olacaq?

29 Avqust 2024 13:39

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, avqustun 30-da Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 26-27°,

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 27-28° olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun