Arvadını qucağına alıb yolda rəqs etdi - VİDEO

29 Avqust 2024 11:31

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Elman Zeynalov paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi model həyat yoldaşı Marqarita Tsoy ilə kamera qarşısına keçib. 

Moskva küçələrində lentə alınan klipdə Zeynalov yolun ortasında əvvəlcə xanımı ilə romantik rəqs edib daha sonra isə onu qucağına alaraq yol boyunca hərəkət edib. 

Bu anları isə Elman instaqramda paylaşaraq sabah təqdim edəcəyi klipinin anonsunu verib.

Sosial şəbəkə əhli isə "ər-arvad"ın bu görüntülərini müsbət dolu şərhlər yazaraq onlara xoşbəxtlik arzulayıblar.

Qeyd edək ki, Elman və Marqarita cütlüyünün 3 yaşlı Mariel adlı qızı və bu ilin ilk ayında dünyaya gələn İordan adlı oğlan övladı var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun