Yeniyetmə cüdoçumuz ikiqat dünya çempionu oldu

29 Avqust 2024 08:30

Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatının ilk günündə iki medal qazanıblar.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan Nihad Məmişov bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb.

2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə də eyni uğura imza atan N. Məmişov ikiqat dünya çempionu olub.

Məhəmmədəli Hüsiyev (50 kq) isə yarışda bürünc medal əldə edib.

Qeyd edək ki, turnir sentyabrın 1-də başa çatacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun