“Naxçıvanpoçt”a yeni direktor təyin olundu

28 Avqust 2024 21:52

Bu gün "Naxçıvanpoçt"a yeni direktor təyin edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Azər Şahverdi oğlu Məmmədrəhimov "Naxçıvanpoçt" publik hüquqi şəxsin direktoru təyin olunub.

Yeni direktor bu gün kollektivə təqdim olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun