Polşa müdafiə xərclərini artırır

28 Avqust 2024 19:19

Polşa gələn ildən müdafiə xərclərini ölkənin ümumi daxili məhsulunun 3,1 faizindən 4,7 faizinə qədər artırmaq niyyətindədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hakim koalisiya liderləri gələn il müdafiə xərclərini ÜDM-in ən azı 4,7 faizinə çatdıracaq büdcə layihəsinin hazırlanması ilə bağlı razılığa gəliblər.

NATO-ya görə, hazırda yalnız beş üzv dövlət - Polşa, Estoniya, ABŞ, Latviya və Yunanıstan müdafiəyə ÜDM-in 3 faizindən çoxunu xərcləyir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun