"Qalatasaray"ın potensial rəqibləri bəlli oldu

28 Avqust 2024 18:38

"Yanq Boys"a məğlub olaraq mübarizəni dayandıran "Qalatasaray" yoluna Avropa Liqasından davam edəcək.

Milli.Az Offsideplus.az-a istinadən "Qalatasaray"ın an etibarı ilə müəyyən olunmuş potensial rəqiblərini təqdim edir: "Roma", "Mançester Yunayted", "Porto", "Reyncers", "Frankfurt", "Tottenhem", "Latsio", "Real Sosyedad", "Az Alkmar", "Olimpiakos", "Lion", "Yunion" (Belçika), "Dinamo" (Kiyev), "Malmö", "Atletik Bilbao", "Hoffenhaym", "Nitsa", "Tvente"

Qalan digər 16 potensial rəqib isə Çempionlar Liqasının və Avropa Liqasının pley-off oyunlarından sonra bilinəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun