18:24
Paris məhkəməsi "Telegram"ın yaradıcısı Pavel Durovu azad edib.
Milli.Az APA-ya istinadən bildirir ki, hakim Pavel Durovun "ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədilə" polis nəzarəti altında qalmasına xitam verib.
O, məhkəmə zalından azad olunub.
-----------
"Telegram"ın yaradıcısı Pavel Durov məhkəməyə gətirilib.
Milli.Az APA-ya istinadən bildirir ki, onun daha 48 saat nəzarət altında qalıb-qalmamasına qərar veriləcək.
Pavel Durovun öz telefonuna giriş imkanı yaradacağı halda azadlığa buraxıla biləcəyi qeyd olunub.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisdə saxlanılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun