"Hər evin bir dəlisi var. Bizdə bu şərəfli adı mən daşıyıram".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkə hesabında yazıb. Dəniz kənarında pantomim rəqsi nümayiş etdirən aktrisa həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Qurbanova daha sonra "Nə edək, hər gün yeni problemlər gətirən çılğın dünyamızda kiçik şeylərdə sevinc taparaq dəli oluruq. Amma sizə deyim, bu dəliliyin özünəməxsus sehri var" sözlərini əlavə edib.
Qeyd edək ki, G.Qurbanova rejissor Elxan Cəfərovla ailəlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun