“Bir az da yaraşıqlı olmusan” - İremdən Azərbaycanlı müğənniyə - VİDEO

28 Avqust 2024 18:43

Müğənni Ayaz Babayev türk həmkarı İrem Dericini izləməyə gedib.

Milli.Az olay-a istinadən bildirir ki, Ayaz sənətçinin Bodrum səhnəsində qonaq olub. A. Babayev Derici ilə maraqlı anlarını instaqramda izləyiciləri ilə bölüşüb.

Hətta İrem səhnədən Ayazı salamlayıb və Babayevin verdiyi gülü götürərək bunları deyib:

"Xoş gəldin. Həmkarım Ayaz Babayev aramızdadır. Sən bir az da yaraşıqlı olmusan ha... Sağ ol, sənin verdiyin gülə allergiyam olmaz".

Qeyd edək ki, iki sənətçinin dostluq münasibətləri var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun