İlham Əliyev Putinlə qərb rayonları və Naxçıvan arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparıb

28 Avqust 2024 14:41

Avqustun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli.Az