Xanımı Özcanın ailəsini evdən qovub öz qohumlarına verdi

28 Avqust 2024 14:43

Türkiyəli müğənni və aktyor Özcan Dənizin ailəsi ilə arasında olan qalmaqal bitmək bilmir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə sənətçinin həyat yoldaşı Samar Dadqarın qayınanasını evdən qovduğu ortaya çıxıb. 

Bir neçə gündür ailəsi Samarın Özcanı onlara düşmən etdiyi açıqlamaları ilə gündəmə gəlib. Özcan isə bütün iddiaları rədd edərək, həyat yoldaşının tərəfini tutub.

İddiaya görə Samar Özcanın anası Kadriye Dənizi və bacısının yaşadığı evdən onları çıxardıb. İndi həmin evə Samarın valideynləri köçüb. Həmin evdə hazırda İrandan olan 9 nəfərlik ailə yaşayır.

Özcanın qardaşı Ercan Bilal Özbilgeyə açıqlama verib. Özbilge onun dediklərini "Əslində ana da geri çəkilib, ürəyi çox ağrıyır. Hazırda Özcan Dənizin kiçik bacısı xəstəxanadadır və ölümlə mübarizə aparır. İndi ana yalnız övladı ilə məşğuldur" sözləri ilə açıqlayıb.

Özcan isə ötən gün bacısı Yurda Güleri evli kişi ilə eşq yaşamaqla günahlandıraraq, sirrləri açmaqla hədələyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun