Milyarder ərindən boşanan Alsudan ilk açıqlama - FOTO

28 Avqust 2024 09:43

Rusiyanın estrada ulduzu Alsu yəhudi milyarder, iş adamı Yan Abramovdan rəsmi şəkildə boşanmasından sonra açıqlama yayıb.

Milli.Az olay-a istinadən bildirir ki, müğənni bununla bağlı sosial şəbəkə hesabında post yayımlayıb. 

"Hər gün müxtəlif qərarlar qəbul edirik, bəzən onlar həyatımızı həmişəlik dəyişir. Bu gün yeni fəsil başlayır", - deyə Alsu vurğulayıb.

Qeyd edək ki, Alsu və Yan cütlüyünün 18 illik evlilikdən 2 qız və 1 oğlan övladı var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun