Qeydiyyat başladı - 6 sentyabra qədər vaxt var

28 Avqust 2024 08:07

Bu gün saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün portal.edu.az üzərindən qeydiyyat prosesinə start veriləcək.

Türkiyə-Azərbaycan Universitetindən Trend-ə bildirilib ki, elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.

Sənəd qəbulu ilə əlaqədar hər hansı sualı olanlar AzTU-nun sənəd qəbulu komissiyasına müraciət edə bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun