Lukaşenko Durovun həbsinə haqq qazandırdı

27 Avqust 2024 23:27

Belarus Prezidenti Aleksandr Lukaşenko Fransa hakimiyyətini Teleqramın yaradıcısı Pavel Durovu həbs etdiyinə görə qınamadığını bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Respublika Müəllimlər Şurasında çıxışı zamanı deyib.

"Mən onları qınamıram. Onlar düzgün iş görürlər. Əgər günahkarsansa, get, cavab ver. Bəs onlar kimi eyni üsullardan istifadə edərək özümüzü müdafiə etməyə başlayanda niyə bizə qarşı iddialar irəli sürürlər?" - o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun