Qəbiristanlıqda öldürülən 22 yaşlı Bəhmənin FOTOları

29 Avqust 2024 13:11

13:11

Ötən gün qətlə yetirilən Bəhmən Hüseynov "Qisas" əməliyyatında iştirak edibmiş.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

Qeyd ediblər ki, B.Hüseynov bir il əvvəl əsgərlikdən qayıdıbmış. turbo az mercedes

Hadisə isə şəxsi münasibətlər zəminində baş verib.

Məlumat üçün bildirək ki, cinayət dünən axşam saatlarında Bərdə qəbiristanlığında qeydə alınıb. 2008-ci il təvəllüdlü Mirsaleh Firdovsi oğlu Hüseynov kəsici alətlə 2002-ci il təvəllüdlü Bəhmən Bəxtiyar oğlu Hüseynovu qətlə yetirib.

---------------
2024.08.27

Saat 21 radələrində Bərdə rayonunun ərazisindəki qəbristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun