Sabah Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin iddiasına baxacaq

27 Avqust 2024 21:00

Sabah Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin və müxalifətin "Xarici agentlər haqqında" qanuna qarşı iddialarına baxmağa başlayacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti xəbər verir.

İclas yerli vaxtla saat 11:00-a təyin edilib.

Xatırladaq ki, Gürcüstan Konstitusiya Məhkəməsində qanunun ləğvi tələbi ilə dörd iddia qaldırılıb. Bunu Prezident Salome Zurabişvili, Gürcüstanın 121 QHT-si, müxalifətdən olan 38 parlament üzvü və jurnalistlər ediblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun