A Seriyası klubu Portuqaliya millisinin qapıçısını transfer edib

27 Avqust 2024 21:52

İtaliyanın "Atalanta" kollektivi Portuqaliya millisinin qapıçısı Rui Patrisio ilə müqavilə imzalayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 36 yaşlı qolkiperin anlaşmasının təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, R.Patrisio son mövsümü "Roma"nın heyətində keçirib. O, ötən mövsüm 24 oyunda 28 qol buraxıb, 6 matçda qapısının toxunulmazlığını saxlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun