Bu ölkədə qadınlar üçün hərbi xidmət məcburi ola bilər

27 Avqust 2024 18:18

"Latviya qadınlar üçün hərbi çağırışı məcburi etməlidir".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds "X" platformasında məlumat verib.

"Əhatəli milli müdafiəyə doğru irəliləyərək, qadınların milli müdafiə xidmətinə məcburi hərbi xidmətə cəlb olunmasını dəstəkləyirəm".

O, qadınların məcburi hərbi xidmətə cəlb olunmasına 2028-ci ildən başlamağı optimal vaxt hesab edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun