Azərbaycan avtomobil bazarında ən çox yer alan maşınlardan biri "Ford Fusion"dur.
Milli.Az bildirir ki, ABŞ-dən qəzalı vəziyyətdə ölkəyə gətirilən bu maşınların qiyməti ilinə görə çox aşağı qiymətə təklif olunur. Məhz bu səbəbdən də, çoxlarını "Ford Fusion"un necə maşın olması sualı maraqlandırır.
2006-cı ildən istehsal edilən "Ford Fusion"ların artıq 4 ildir ki istehsalı dayanıb. Belə ki, modelin ən sonuncu buraxılışı 2020-ci ildə olub.
Modelin həm benzin, həm hibrid, həm də elektrik/benzin növləri var. Avtomobilin sərfiyyatı yanacaq növünə görə dəyişir. Fusionlar Aİ92 markalı benzinə həssasdır.
Avtomobildə ən çox yaranan problemlər əsasən sürətlər qutusu ilə bağlıdır.
Maşının 2013, 2014, 2015 və 2006 modelləri "Ford" tərəfindən müxtəlif illərdə geri çağırılıb.
1.5 Turbo mühərrik 0-100 sürətlənməsi 8.9 saniyədir. Avtomobilin 1.5 mühərrikli modelləri çox da tövsiyyə edilmir. Buna səbəb kimi gövdənin mühərrik həcminə görə böyük olması göstərilir.
Qeyd edək ki, hazırda avtomobil bazarında fusionların qiyməti 12 min-30 min arası dəyişir.
Milli.Az