"Aldığım nəfəs qədər daş təpənə düşsün"

27 Avqust 2024 15:46

Müğənni Sevda Sanəliyeva onu yalan danışmaqda ittiham edən izləyicisinə qarğış yazıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir neçə gün əvvəl bir kişinin onu izlədiyini açıqlayaraq, polisə müraciət edib. İzləyicilərdən biri isə Sevdanı özünü bu yollar reklam etməkdə günahlandırıb. 

Sənətçi yazılan rəyə "Mənim bu günə kimi aldığım nəfəs qədər daş təpənə düşsün. Yaşadığım bütün stresi, əsəbi yaşayasan. İnşallah... Görmürsən polisə müraciət etmişəm? Qulağın eşitmir? Reklam xatirinə dövlətlə, polislə oyun oynaya bilərəm? Heç nə demirəm, çəkdiyim qədərini çəkəsən. Onda bilmədən danışmaq nədir anlayarsan" cavabını verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun