“Bir mahnı üçün belə səhnəyə çıxmaram”

28 Avqust 2024 07:33

Türkiyə musiqisinin əfsanəvi siması Sezen Aksu növbəti dəfə səhnə təklifini rədd edib.

Milli.Az olay-a istinadən bildirir ki, markalardan biri ildönümü partisində səhnə alması, hətta yalnız bir mahnı oxuması üçün Sezenə yüksək məbləğdə pul təklif edib. 

Lakin Aksu sözügedən təklifi qəti şəkildə rədd edib: "Bir mahnı belə olsa, səhnəyə çıxmaram".

Qeyd edək ki, S. Aksunun səhhətinə görə səhnədən uzaqlaşdığı bildirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun