Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı

27 Avqust 2024 10:11

Dövlət Gömrük Komitəsinin sədr müavini işdən çıxarılıb. 

Milli.Az Unikal-a istinadən xəbər verir ki, DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini idi.

Xatırladaq ki, dünən Baş Prokurorluq Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşının korrupsiya cinayətləri ilə əlaqədar həbs edilməsi barədə məlumat yayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun