Madrid "Real"ının futbolçusu Kilian Mbappe klubun doğma stadionu "Santyaqo Bernabeu"da La Liqa matçında "Valyadolid"ə qarşı keçirdiyi debüt oyunundan (3:0) sonra açıqlama verib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
"Bu, əla andır. "Santyaqo Bernabeu"da debüt etdiyim üçün çox xoşbəxtəm. Qələbə ilə başlaya bildik. Tribunada dəstək böyük idi", - Mbappe bildirib.
Xatırladaq ki, Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu Madrid klubuna azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi PSJ-də oynayıb.
İspaniya çempionatının cari mövsümündə Mbappe iki oyun keçirib, o, qol vurmayıb.
"Real Madrid"lə Mbappe artıq UEFA Super Kubokunu qazanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun