Türkiyə iqtisadiyyatının stimullaşdırılması "Star" NEZ-in tikintisini sürətləndirəcək
25 İyun 2012 13:59
Türkiyə iqtisadiyyatının stimullaşdırılması layihəsi və Türkiyə regionlarına investisiyalar yatırmaq məqsədilə güzəştlərin təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (ARDNŞ) İzmirdə "Star" neft emalı zavodunun (NEZ) tikintisi prosesini sürətləndirmək üçün şərait yaradacaq. Trend-in bazar ertəsi "Haberler" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Petkim" neft-kimya kompleksinin İdarə Heyətinin üzvü Kənan Yavuz bildirib.
"Türkiyə iqtisadiyyatının stimullaşdırılması layihəsinə əsasən, investorlar ölkənin regional layihələrində əlavə güzəştlərə malikdirlər. Məsələn, "Star" NEZ-in inşası sürətləndiriləcək və asanlaşdırılacaq", - o qeyd edib.
Bu NEZ-in əhəmiyyətinə toxuna Yavuz bildirib ki, onun istismara verilməsi Türkiyəyə idxalın həcmini azaltmağa imkan verəcək ki, bu da ölkənin xarici ticarət kəsirini xeyli aşağı salacaq.
Milli.Az