Salma Hayekdən bikini pozalar - FOTOlar

26 Avqust 2024 18:32

Dünyaca məşhur Hollivud aktrisası Salma Hayek İbizaya tətilə yollanıb.

Milli.Az olay-a istinadən bildirir ki, illərə meydan oxuyan 57 yaşlı  kino ulduz yaxtada istirahət edən zamanı sarı rəngli bikinidə çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Hayek ideal bədən quruluşu ilə yenə də izləyicilərini özünə heyran qoyub.

Onlar "Mükəmməl kombin!", "Sən həmişə heyrətamizsən", "İlahi, kaş sənin gözəlliyin məndə olaydı!", "Planetin ən gözəl qadını" şərhlər yazaraq aktrisaya valeh olduqlarını dilə gətiriblər. 

Qeyd edək ki, Salma Hayek 2009-cu ildən "Kering" dəb konqlomeratının 62 yaşlı sahibi Fransua-Henri Pinault ilə evlidir. Cütlüyün 16 yaşlı Valentina adlı qızı var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun