Ərdoğan CHP-li deputatı məhkəməyə verdi

26 Avqust 2024 14:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmirdən olan millət vəkili Tuncay Özkanı məhkəməyə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə liderinin vəkili Hüseyin Aydın açıqlayıb.

Onun sözlərinə görə, Ərdoğan Özkandan 250 min lirə mənəvi təzminat tələb edir. Bildirilir ki, buna səbəb CHP-li deputatın Ərdoğanın ünvanına əsassız və nalayiq ifadələr səsləndirməsi olub. 

H.Aydın, həmçinin qeyd edib ki, Ankara Baş Prokurorluğuna Özkana qarşı "Prezidenti təhqir etmək" ittihamı ilə şikayət ərizəsi təqdim edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun