Azərbaycanlı müğənni prodüserlə evlənir

26 Avqust 2024 14:42

Xəbər verdiyimiz kimi, müğənni Kamilə Nəbiyeva ailə qurur. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl nişanlanan ifaçının toy tarixi də bəllidir. 

K.Nəbiyevanın ailə qurduğu şəxs də şou-biznes nümayəndəsidir. Belə ki, o, Əməkdar artist Rəşad İlyasovun prodüseri Pərvin Fətəliyevlə nişanlanıb. 

Cütlüyün toyu oktyabrın 1-də İsmayıllıda olacaq. Onlar Bakıda da toy edəcəklər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun