Maskdan Yusuf Dikeçin anası ilə bağlı paylaşıma reaksiya - FOTO

26 Avqust 2024 10:59

Bu il Paris Olimpiyadasında qazandığı qələbəsi ilə gündəm olan türkiyəli idmançı Yusuf Dikeç sosial şəbəkədə anası ilə fotosunu paylaşıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, X-in sahibi İlon Musk Dikeçin fotosuna şərh yazıb və onun ünvanına tərif dolu sözlər səsləndirib.

Bəzi sosial şəbəkə istifadəçiləri isə şəkilə mənfi şərhlər yazıblar.

Xatırladaq ki, Yusuf Dikeç Paris Yay Olimpiyadasında atıcılıq üzrə əlləri cibində vurduğu zərbə ilə dünya gündəmini zəbt etmişdi. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun