Nanə getdi, yerinə o gələcək

26 Avqust 2024 10:11

Aparıcılığını Nanə Ağamalıyevanın etdiyi "7 Tamam" proqramı yeni mövsümdən efirə getməyəcək. 

Milli.Az bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, həmin saatda ATV kanalında aparıcı Zaur Nəbioğlu efirə çıxacaq. Onun hansı proqrama aparıcılıq edəcəyi hələ məlum deyil. Hazırda isə Zaur verilişi birlikdə aparmaq üçün aparıcı axtarışına çıxıb. 

Qeyd edək ki, ötən mövsüm Zaur "Rəngarəng səhər" verilişi ilə tamaşaçıların qarşısına çıxırdı. O, proqramı Aysel Novruzova ilə birlikdə aparırdı. 

N.Ağamalıyeva ATV-də eyni zamanda "Nanəli" proqramına da aparıcılıq edir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun