Yusif Eyvazovdan keçmiş arvadı ilə bağlı paylaşım - FOTO

26 Avqust 2024 12:00

Xalq artisti Yusif Eyvazov ayrıldığı həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko ilə bağlı paylaşım edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, opera ifaçısı keçmiş xanımı ilə birlikdə səhnə paylaşdıqlarını vurğulayaraq, onun ünvanına təriflər yağdırıb:

"Dünən Linsdə "Puccini Gala" adlı gözəl konsertimiz baş tutdu. Gecə emosiyalar və möhtəşəm musiqi ilə dolu oldu. Anna Netrebko, heyrətamiz istedadına, həyatımda olduğuna görə sənə təşəkkür etmək istəyirəm. Sənə görə şanslı ulduzlarıma hər zaman təşəkkür edəcəyəm. Çox yaşa... Sən musiqisən".

Qeyd edək ki, Yusif və Anna bir müddət əvvəl rəsmi boşandıqlarını, amma münasibətlərini dost kimi davam etdirəcəklərini açıqlayıblar. Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Cütlük ayrılma səbəblərini ayrı ölkələrdə yaşamaqda göstəriblər. Onlar 10 il evli qalıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun