Norveçli atlet dünya rekordu qırdı

26 Avqust 2024 10:38

İkiqat olimpiya çempionu Yakob İnqebriqtsen Polşada keçirilən "Briliant liqa"da 3000 metr məsafəyə qaçış üzrə yeni dünya rekorduna imza atıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, norveçli idmançı 7 dəqiqə 17,55 saniyə nəticə göstərərək keniyalı Daniel Komenin 1996-cı ildə əldə etdiyi nailiyyəti (7,20,67) üç saniyə ötüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun