Türkanın həmkarı ilə səmimi görüşü - VİDEO

25 Avqust 2024 16:47

Müğənni Türkan Vəlizadə yeni görüntüsü ilə gündəm olub.

Milli.Az xəbər verir ki, məkanların birində səhnə almağa hazırlaşan Vəlizadə həmkarı Rüfət Axundovla qarşılaşıb.

Səmimi görüşən sənətçilərin ünsiyyəti kənardan qeydə alınıb. Türkanın geyimi isə başına bəla olub.

Belə ki, sosial şəbəkələrdə yayılan videonun şərh bölümündə sənətçinin sinə dekolteli geyimi sərt şəkildə tənqid edilib. Onun həmkarının diqqətini çəkdikdən sonra geyiminə düzəliş verməsi insanlaın narazılığına səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun