Pavel Durovu 20 ilə qədər həbs gözləyir - ŞOK İTTİHAMLAR

25 Avqust 2024 13:50

"Telegram"ın yaradıcısı Pavel Durovu Fransada 20 il həbs cəzası gözləyir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "TF-1" telekanalı məlumat yayıb .

Qeyd olunur ki, Durov tezliklə Fransa vətəndaşı kimi məhkəmə qarşısına çıxacaq.

O, bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.

Qeyd edək ki, Durov avqustun 24-də saat 20:00 radələrində Paris "Le Burje" hava limanında uçuş-enmə zolağında şəxsi təyyarəsindən enərkən saxlanılıb.

Həbs jandarmlar tərəfindən həyata keçirilib. Durov bir qadın və mühafizəçinin müşayiəti ilə Azərbaycandan Fransaya uçub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun