Durovun həbsindən sonra Maska xəbərdarlıq edildi

25 Avqust 2024 15:47

"X" sosial şəbəkəsi "Telegram"ın Fransada saxlanılan təsisçisi Pavel Durov ilə eyni problemlərlə üzləşə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu fikri özünün X səhifəsində ABŞ seçki yarışının keçmiş iştirakçısı, respublikaçı Vivek Ramasvami bildirib .

"Bu gün Telegramdır. Sabah X olacaq" deyə yazıb.

Xatırladaq ki, avqustun 24-də Fransada "Telegram" sosial şəbəkəsinin yaradıcısı Pavel Durov həbs edilib. İş adamı 20:00 radələrində "Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb . Durov Azərbaycandan Fransaya gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun