Türkiyə limanına lövbər salan rus gəmisində müəmmalı ölüm

25 Avqust 2024 09:41

Rusiya bayrağı altında üzən "Navis 2" yük gəmisinin iki ekipaj üzvü gəminin göyərtəsində baş verən qəza nəticəsində həlak olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə gəmi ölkənin şimal-qərbindəki Bandırma körfəzində lövbər salan zaman baş verib. Konstantin Martınov (46 yaş) və Dmitri Moçalovun (52 yaş) anbarda qazdan zəhərləndiyi güman edilir. Dənizçilərin cəsədləri Bursa Ədliyyə Tibb Qurumuna aparılıb.

Gəmiyə agentlik xidməti göstərən şirkətin məlumatına görə, dənizçilər göyərtə lyuklarından birinə düşərək ölüblər. Qazdan zəhərlənmə versiyasına gəlincə, şirkətin qeyd etdiyi kimi, hələlik dəqiq nəticə yoxdur.

"Məhkəmə-tibbi ekspertizası başa çatdıqdan sonra cəsədlər Rusiyaya göndəriləcək", - qəzet yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun