Ermənistanda yanacaq anbarı yanır

24 Avqust 2024 15:02

Ermənistanın Ararat rayonunun Aintap qəsəbəsində anbar yanır.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın yerinə 6 briqada cəlb olunub.

Yanğının dizel yanacağı anbarında baş verdiyi və nəticədə bir nəfərin xəsarət aldığı bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun