Rusiyada musiqiçiləri daşıyan An-2 təyyarəsi Yakutiyada meşəyə sərt eniş edib. Təyyarə düz ağacların üstünə enib.
Milli.Az axar.az-a istinadən bildirir ki, məlumatı "Baza" Teleqram kanalı yayıb.
Bildirilir ki, təyyarənin göyərtəsində 3 ekipaj üzvü və "Monaco Jam" qrupunun 8 üzvü olub. An-2 mühərrikində nasazlıq səbəbindən Ust-Mayski bölgəsində sərt eniş edib. Sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.
Musiqiçilər qızıl mədənçiləri üçün korporativ tədbirdən qayıdırmış.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun