Bu ölkə Ukraynaya 1400 ədəd PUA göndərəcək

24 Avqust 2024 06:29

Latviya Ukraynaya təhvil verilməsi üçün pilotsuz uçuş aparatlarının (PUA) ən böyük partiyasının hazırlanmasını başa çatdırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds deyib.

"Latviya istehsalçılarına məxsus pilotsuz təyyarələrin ən böyük partiyası Ukraynaya göndərilmək üçün hazırlanıb - 1400 PUA", - o bildirib.

Qeyd edək ki, Latviya Ukrayna hakimiyyətinə təhvil verilməsi üçün təxminən 2,7 min pilotsuz təyyarə alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun