Rusiyada həbsxanada qiyam: girovlar azad edildi

23 Avqust 2024 21:52

Rusiya Qvardiyasının Volqoqrad vilayətində snayperləri 19 saylı islah koloniyasının əməkdaşlarını girov götürən 4 məhbusu zərərsizləşdirib, girovlar azad edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Rusiya Qvardiyasının xüsusi təyinatlı qüvvələrinin snayperləri həbsxana işçilərini girov götürmüş dörd məhbusu dörd dəqiq atəşlə zərərsizləşdiriblər", - məlumatda deyilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun