Kipr ilin əvvəlindən yeddi minə yaxın miqrantı deportasiya edib

23 Avqust 2024 19:19

Bu ilin əvvəlindən bəri Kiprdən yeddi minə yaxın qanunsuz miqrant öz ölkələrinə deportasiya edilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bu il avqustun 22-dək Kiprdə qeyri-qanuni yaşayan 6800 nəfər ölkə ərazisindən deportasiya və ya öz mənşə ölkələrinə repatriasiya edilib", - məlumatda bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun