“Torpaqlarımızda gəzmək üçün icazə lazım deyil” - Mahmud Abbas

23 Avqust 2024 18:52

Xəbər verdiyimiz kimi, İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etməsinə razı olmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunun ardınca Fələstin liderinin cavabı gecikməyib.

"Fələstin torpaqlarına getmək üçün icazəyə ehtiyacım yoxdur" , - deyə, dövlət başçısı bildirib.

Qeyd edək ki, anklavda ötən ilin aprelin 7-si başlayan müharibə ocağı hələ də aktuallığını qoruyub-saxlayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun