XƏBƏRDARLIQ! Bakının bir küçəsi bağlanacaq

20 Sentyabr 2024 16:31

Sabahdan Bakının Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Milli.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun