Əfsanəvi tennis məşqçisi öldü

23 Avqust 2024 15:10

Avqustun 23-də səhər saatlarında isveçli tennis məşqçisi Peter Lundqrenin ürəyi dayanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, keçən il 59 yaşlı mütəxəssisin infeksiyaya görə sol ayağı amputasiya edilmişdi.

Kişi tennisindəki parlaq karyerası ərzində əfsanəvi məşqçi müxtəlif vaxtlarda Rocer Federer, Sten Vavrinka, Marselo Rios, Markos Baqdatis və Qriqor Dimitrovla çalışıb.

Ötən il Lundqren hazırda dünya reytinqində 181-ci yerdə olan isveçrəli tennisçi Dominik Strikeri çalışdırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun