Ağciyər xərçənginə qarşı peyvənd bu ölkələrdə başladı - Minlərlə insan xilas olacaq

23 Avqust 2024 12:23

Dünyanın ilk ağiyər xərçəngi peyvəndi xəstələr üzərində sınaqdan keçirilməyə başlanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər bu peyvəndin minlərlə insanın həyatını xilas etmək potensialını "təməlqoyma" kimi xarakterizə edirlər.

"BNT116" kimi tanınan və "BioNTech" tərəfindən istehsal olunan bu peyvənd kiçik hüceyrəli olmayan ağciyər xərçəngini (KHDAK) müalicə etmək üçün nəzərdə tutulub.

Sınaq Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyə də daxil olmaqla yeddi ölkədəki 34 tədqiqat mərkəzində başlanıb.

Bu üsul kimyaterapiyadan fərqli olaraq sağlam hüceyrələrə zərər vermədən insanın immun reaksiyasını gücləndirməyi hədəfləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun